Saytımızı qiymətləndirin


 
 

"Krım heç vaxt Rusiyanın ərazisi olmayacaq" - Zelenski
Tarix: 03-08-2021 | Saat: 15:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Krım heç vaxt Rusiyanın ərazisi olmayacaq" - <span style="color:rgb(229, 14, 113)">Zelenski</span>

Ukrayna prezidenti Vladimir Zelenski Krımın heç vaxt Rusiya ərazisi olmayacağını bəyan edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə o, "Dom" telekanalına açıqlamasında bildirib .

"Ora onların torpağı deyil, orada olmayacaqlar. Nəsilləri orada böyüməyəcək, orada övladları yoxdur, torpağımız üçün ölməyəcəklər. Bu, heç vaxt Rusiyanın ərazisi olmayacaq, sadəcə heç vaxt", - Zelenski deyib.

Ukrayna liderinin sözlərinə görə, yarımadanın "işğalçıları" heç vaxt Krımı ukraynalılar qədər sevməyəcək. Prezident qeyd edib ki, özü də daxil olmaqla Ukrayna vətəndaşlarının bu yerlə bağlı xüsusi uşaqlıq xatirələri var.

Zelenski Krımın “sahiblərinə” qayıtmasının sadəcə vaxt məsələsi olduğunu bildirib.

Xatırladaq ki, Qərb ölkələri yarımadanın Rusiyanın tərkibinə daxil olması ilə nəticələnən 2014 -cü il referendumunu tanımır. Ukrayna Krımı işğal olunmuş ərazisi hesab edir. Rusiya hakimiyyəti Krımın mülkiyyət məsələsini tamamilə qapalı elan edib.



Xəbəri paylaş

328 dəfə oxunub.

Digər xəbərlər