“Heydər Əliyev mənə dedi ki, sənə daraq alıb verəcəm, cibində saxlayarsan”-ulu öndərin fotoqrafı ilə SƏMİMİ söhbət
Tarix: 30-12-2022 | Saat: 17:39
Bölmə:Karusel / Siyasət | çapa göndər
1189 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 30-12-2022 | Saat: 17:39
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Həmrəylik gün kimi, tarix kimi ötən əsrin sonlarından -1991-ci ildən Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunsa da, bu, xalqımızın çoxəsrlik ənənəsi, milli xarakterinə çevrilmiş ali göstəricisidir. O xalqımızın hər zaman birliyini, həmrəyliyini arzulayırdı. Bu gün xalqımız həmrəydir. Ulu öndər sadə insanlarla münasibətinə böyük həssaslıqla yanaşırdı. Çox sevinirəm ki, mən uzun illər onun şəxsi fotoqrafı kimi çalışmışam. 1993-cü il idi. Ali Sovetə Heydər Əliyev rəhbərlik edirdi. Prezidentlik dövrünə az qalmış təbliğat xarakterli şəkillər çəkmək lazım idi. Özümü professional fotoqraf saymadığıma görə razılaşmırdım. Elə oldu ki, çəkiliş oldu, şəkilləri seçdi. Mənə dedi ki, sən mənimlə çalışacaqsan. Kadrlar onun çox xoşuna gəlmişdi”
Qarabaginfo.az xəbər verir ki, bunu Moderator.az-a ulu öndər Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırov deyib.
“Biz 10 il ərzində dünyanın 70-80 ölkəsində olduq. Mənə hər zaman deyirdi ki, əgər sən məndə nəsə defekt görsən, məsələn, qalstukum əyri düşsə, düyməm açıq qalsa yaxınlaş de, tez düzəldim. Amma inanın ki, bu 10 ildə bir dənə də elə şey görmədim. Çox sadə, səmimi insan idi. Bir dəfə məni çağırıb dedi ki, sən həmişə mənim rəsmi şəkilləri çəkirsən. Sən mənimlə hər yerdə olursan, maraqlı hadisələr baş verir, məni yaxından tanıyırsan. Çox az istirahət edirdi, mən onun istirahət zamanında da yanında olurdum. Dedi ki, bəs niyə şəkillər çəkmirsən? Prezidentin qeyri-rəsmi fotolarını çəkib, daha sonra “Həqiqət kimi sadə” adlı kitabda çap etdirdim. Portret çəkmək üçün bizə 8 saat vaxt ayırdı. Ulu öndər fotoya çox həvəsli idi. Onda həvəs o qədər böyük idi ki, təkliflər bəzən özündən gəlirdi. Bir dəfə də Bakıya güclü qar yağmışdı. Bir işlə bağlı yanına gəlmişdim. Mənə dedi ki, gözəl qar yağıb, sən də mənə demirsən ki, gəl şəkillərini çəkim. Belə havada şəkillər çəkdirmək lazımdır. Dedim ki, düz deyirsiniz. Biz gedib həmin o fotoları çəkdik” deyə fotoqraf bildirib.
Rafiq Bağırov dahi şəxsiyyətin zarafatlarından da danışıb.
“Mənim 50 yaşım olanda heç kimin xəbəri olmaya-olmaya məni yanına çağırtdırdı, dedi ki, səni təbrik edirəm, heç bilmirdim 50 yaşın olur. Amma sənə 50 yaş vermək olmaz (gülür). Bir dəfə də İstanbulda idik, Heydər Əliyev də o vaxtın ən dəbli kostyumlarından birini geyinmişdi. Hamı onunla gəlib şəkil çəkdirirdi. Dedi ki, hamı mənimlə gəlib şəkil çəkdirir, sən çəkdirmək istəmirsən?! Dedim ki, əlbəttə istəyirəm. Saçım bir az dağınıq, səliqəsiz idi. Tez saçımı əlimlə səliqəyə salıb gəldim. Mənə dedi ki, bəs sənin darağın yoxdur?! Dedim ki, üstümdə deyil. Dedi, yaxşı sənə bir daraq alıb verərəm, cibində saxlayarsan (gülür). Dahi şəxsiyyətlə çalışmaq mənim üçün böyük fəxr və məsuliyyət idi. Bu gün də ulu öndəri böyük sevgi və ehtiramla xatırlayıram” deyə Rafiq Bağırov bildirib.

Xəbəri paylaş
Digər xəbərlər
14-08-2022, 12:57
Bakı-Quba yolunda minik və yük maşını toqquşub, ata ölüb, ana və övladı xəsarət alıb
18-08-2022, 10:49
Ömrünün yarısını həbsdə keçirən şəxs yenidən tutuldu
13-12-2021, 13:01
Elxan Məmmədov: “Qarabağ” Azərbaycan idmanında tarix yazır”
17-01-2022, 14:37
Rusiyanın daimi nümayəndəsi: “ATƏT Avroatlantik məkanda vəziyyətə təsir etmək iqtidarında deyil”
12-07-2023, 16:36
Nəbatat Bağının ərazisi genişləndirilib - Qanunsuz tikililər sökülüb
13-04-2022, 17:20
Kremldən Medvedçukla bağlı açıqlama
24-02-2023, 17:53
Erkin Qədirli Ukrayna parlamentinə dəvət olundu –Zelenskinin qarşısında çıxış etdi /FOTO
16-10-2020, 11:19
Pakistandan Ermənistana sərt çağırış - FOTO
8-07-2025, 11:09
“Süni intellekt gələcəkdə bir çox tibbi ixtisasları əvəz edəcək”
3-12-2021, 12:37
Azərbaycanda bu qanun LƏĞV EDİLDİ