Saytımızı qiymətləndirin


 
 

ABŞ Əmək Departamenti: İşçilərin də yaşıl iqtisadiyyatdan faydalanması eyni dərəcədə aktualdır
Tarix: 13-11-2024 | Saat: 13:53
Bölmə:Karusel / Siyasət | çapa göndər

ABŞ Əmək Departamenti: İşçilərin də yaşıl iqtisadiyyatdan faydalanması eyni dərəcədə aktualdır

Mən burada ABŞ Əmək Departamentini bir məqsədlə təmsil edirəm ki, yaxşı iş yerləri, əməyin mühafizəsi və işçilərin hüquqları da daxil olmaqla, əmək prioritetləri iqlim gündəliyinə daha yaxşı inteqrasiyasına təkan versin.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Əmək Departamentinin Beynəlxalq Əlaqələr üzrə Müşavir müavini Tea Li mətbuat konfransında bildirib.

“ABŞ Əmək Departamenti COP danışıqlarına artıq ikinci ildir ki, qoşulur. İnsanların səbəb olduğu iqlim dəyişikliyini yavaşlatmaq üçün əsas işləri görməklə bərabər işçilərin yaşıl iqtisadiyyatdan faydalanması eyni dərəcədə aktualdır. Əgər biz xalis sıfır hədəflərimizə nail olmaq istəyiriksə, qərarların qəbulu prosesinə işçiləri cəlb etməyimiz vacibdir və bizim danışıqlar qrupumuz Bakıda buna nail olmaq istəyir“, - deyə Li bildirib.

O vurğulayıb ki, Bayden-Harris administrasiyası üçün iqlim dəyişikliyinə toxunmaq və işçi mərkəzli ədalətli keçidi inkişaf etdirmək əsas prioritetlərdir: “Bayden-Harris administrasiyası təmiz enerji məqsədlərini yaxşı iş təşviqləri ilə əla nəticələrlə birləşdirdi. Təkcə keçən il təmiz enerji üzrə iş yerləri ABŞ iqtisadiyyatının qalan hissəsindəki iş yerlərinin ikiqat artım tempi ilə artdı. ABŞ Əmək Departamenti həm ölkə daxilində, həm də xaricdə ədalətli keçid üçün səy göstərməyə davam edir və biz digər hökumətləri və bütün müəssisələri daha dayanıqlı iqtisadiyyata doğru balanslaşdırılmış və ədalətli yol yaratmaq üçün birlikdə işləməyə çağırırıq”.



Xəbəri paylaş

44 dəfə oxunub.

Digər xəbərlər