Saytımızı qiymətləndirin


 
 

Biləsuvarda oğurladığı qoyunları İmişlidə satdı
Tarix: 26-01-2019 | Saat: 10:58
Bölmə:Karusel / Kriminal | çapa göndər

Biləsuvarda oğurladığı qoyunları İmişlidə satdı

"Qarabaginfo" xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya məlumat verilib.

Biləsuvar rayon sakini C.Məmmədov DİN-in “102 xidməti zəng mərkəzi”nə müraciət edərək 17 yanvar 2019-cu il tarixində ona məxsus fermadan ümumi dəyəri 1100 manat olan 8 baş qoyunun oğurlanması ilə bağlı məlumat verib. 

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törədən şəxsin Biləsuvar rayon sakini Asəf Əliyev olduğu müəyyən edilib və o saxlanılıb. Aparılan araşdırmalarla onun digər bir oğurluq əməlinin də üstü açılıb. Belə ki, A.Əliyevin cari ilin 14 yanvar tarixində rayon sakini V. Qılıncova məxsus həyətdən ümumi dəyəri 450 manat olan 3 baş qoyunu oğurladığı da müəyyən edilib. Saxlanılan şəxs hər iki faktı törətdiyini etiraf edib və oğurladığı qoyunları İmişli rayonu ərazisində satdığını bildirib.

Faktla bağlı araşdırma aparılır.



Xəbəri paylaş

561 dəfə oxunub.

Digər xəbərlər