Saytımızı qiymətləndirin


 
 

Durovun pasportları əlindən alındı
Tarix: 29-08-2024 | Saat: 17:38
Bölmə:Karusel / Dünya | çapa göndər

durovun-pasportlari-elinden-alindi

Paris məhkəməsi teleqramın təsisçisi Pavel Durovun bütün pasportlarını götürüb.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Paris və Nitsanın vəkillər kollegiyasının üzvü İrina Sidorova açıqlayıb.

“Durovun üzərində olan bütün pasportlar istintaq fəaliyyətləri dövrü üçün götürülüb. Bu isə o deməkdir ki, sahibkar dəniz, hava və yaxud quru yolu ilə Fransanı tərk edə bilməz”, - deyə Sidorova qeyd edib.

Xatırladaq ki, P.Durov avqustun 24-də Parisdə hava limanında saxlanmışdı. Avqustun 28-də isə o, məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Paris Prokurorluğu Durovu altı qanun pozuntusunda, o cümlədən qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə edilməsində ittiham edir.

“O, 5 milyon avroluq girov ödəmək, həftədə iki dəfə polis bölməsinə məlumat vermək öhdəliyi ilə məhkəmə nəzarəti altına alınıb və ona Fransa ərazisini tərk etmək qadağan edilib”, - prokurorluğun açıqlamasında bildirilir.



Xəbəri paylaş

50 dəfə oxunub.

Digər xəbərlər