Türkiyə milli müdafiə naziri Hulusi Akar NATO Müdafiə Nazirləri İclası çərçivəsində Ukrayna və britaniyalı həmkarları, Oleksi Reznikov və Ben Uolles ilə görüşüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Görüş zamanı regional müdafiə, təhlükəsizlik məsələləri ilə bağlı məlumat mübadiləsi aparılıb, Ukraynada baş verən son hadisələr müzakirə edilib.