Saytımızı qiymətləndirin


 
 

Bərdə terrorunun 2-ci ildönümü qeyd olunub - FOTO
Tarix: 28-10-2022 | Saat: 14:39
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Bərdə terrorunun 2-ci ildönümü qeyd olunub - FOTO

Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini bombalamasının 2-ci ildönümü qeyd olunub.

Qarabaqinfo.az xəbər verir ki, anım günü oktyabrın 28-də terrorun törədildiyi küçədə təşkil edilib.

Mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, QHT nümayəndələri, hərbçilər, şəhid yaxınları, hadisənin şahidləri iştirak edib.

Mərasimdə qeyd olunub ki, 2020-ci il oktyabrın 28-də Ermənistan Respublikasının silahlı qüvvələrinin müharibə ərazisindən kənarda yerləşən Bərdə şəhərinə növbəti raket hücumu nəticəsində 4-ü qadın, 17-si kişi olmaqla 21 nəfər qəsdən öldürülüb, 8-i uşaq, 17-si qadın, 58-i kişi olmaqla 83 nəfər şəxs xəsarət alıb.

Bərdə şəhərinin 5, 8, 27, 28 oktyabr və 7 noyabr 2020-ci il tarixlərində raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 8-i qadın, 19-u kişi, 2-i uşaq olmaqla 29 nəfər şəxs qəsdən öldürülüb, 26-sı qadın, 71-i kişi, 15-i uşaq olmaqla 112 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.

Tədbir iştirakçıları beynəlxalq təşkilatları, dünya ictimaiyyətini mülki əhalinin qətli ilə nəticələnən müharibə cinayətləri törətmiş Ermənistana qarşı tədbirlər görməyə çağırıblar.

 

 



Xəbəri paylaş

1124 dəfə oxunub.

Digər xəbərlər