Saytımızı qiymətləndirin


 
 

Cəmil Quliyev sədr, onlar isə üzv oldu
Tarix: 02-05-2025 | Saat: 16:28
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

cemil-quliyev-sedr-onlar-ise-uzv-oldu

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) nizamnaməsinə uyğun olaraq, 3 nəfər üzvdən ibarət Müşahidə Şurası formalaşdırılıb.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli tərəfindən müvafiq Əmr imzalanıb.

Əmrə əsasən, kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Şuranın sədri, teatr və kino aktyoru, Xalq artisti Fəxrəddin Manafov və aktyor, rejissor, ssenari müəllifi İlham Qasımov isə şuraya üzv təyin ediliblər.

Qeyd edək ki, Müşahidə Şurası ARKA-ya ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. Şura sədrinin və üzvlərinin səlahiyyət müddəti 4 ildir.

Xatırladaq ki, C. Quliyev 2019-2020-ci illərdə “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsində çalışıb. 2020-ci ildən Azərbaycan Dövlət Film Fondunun direktorudur.

İ. Qasımov isə 2023-cü ildən Heydər Əliyev Sarayının direktoru vəzifəsini icra edir.



Xəbəri paylaş

256 dəfə oxunub.

Digər xəbərlər