Saytımızı qiymətləndirin


 
 

Ermənistanın təhvil verdiyi meyit qalıqlarının kimə aid olması müəyyənləşdirilir
Tarix: 11-02-2022 | Saat: 18:23
Bölmə:Karusel / Sosial | çapa göndər

Ermənistanın təhvil verdiyi meyit qalıqlarının kimə aid olması müəyyənləşdirilir

Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Azərbaycan tərəfinə bəzi meyit qalıqları qaytarılıb, hazırda onların kimliklərinin müəyyənləşdirilməsi prosesi gedir.

Qarabaginfo.az bildirir ki, bunu APA-ya açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O qeyd edib ki, meyit qalıqlarının sayının nə qədər olacağı ilə bağlı son mərhələdə dəqiq məlumat bilinəcək.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deyib ki, son bir ildə Ermənistan Azərbaycan tərəfinə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 108 nəfərin meyitinin qalıqlarını təhvil verib. O, yaxın günlərdə daha 2 meyitin qalığını təhvil verməyə hazırlaşdıqlarını da vurğulayıb.



Xəbəri paylaş

1259 dəfə oxunub.

Digər xəbərlər