Saytımızı qiymətləndirin


 
 

Qaşım və Alfonsoya 300 min manat veriləcək
Tarix: 13-08-2024 | Saat: 15:38
Bölmə:Karusel / İdman | çapa göndər

Qaşım və Alfonsoya 300 min manat veriləcək

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan idmançıları mükafatlandırıb. Sərəncama əsasən, Olimpiadada birinci yeri tutan idmançılar 400 min manat, ikinci yeri tutan idmançılar 200 min manat, üçüncü yeri tutan idmançılar isə 100 min manat mükafat alacaq.

 

Milli Olimpiya Komitəsi də uğur qazanan idmançılara mükafat ayırıb. Belə ki, qızıl medalçılar 200 min, gümüş medalçılar 100 min, bürünc medalçılar isə 50 min manat əldə edəcək.

Qarabaginfo.az xəbər verir ki. taekvondoçu Qaşım Maqomedova və boksçu Alfonso Domingezə 300 min (200 min manat Azərbaycan Prezidenti, 100 min manat isə Milli Olimpiya Komitəsinin Prezidenti tərəfindən) manat veriləcək. Onların məşqçilərinə isə 150 min manat veriləcək.

 

Qaşım Maqomedov və Alfonso Domingez, həmçinin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.



Xəbəri paylaş

142 dəfə oxunub.

Digər xəbərlər