Saytımızı qiymətləndirin


 
 

Ötən gün “COVID-19” pasportu olmayan 90 nəfər şənliyə buraxılmayıb
Tarix: 24-11-2021 | Saat: 10:06
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Ötən gün “COVID-19” pasportu olmayan 90 nəfər şənliyə buraxılmayıb

Noyabrın 23-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 200 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən Qarabaginfo.az-a verilən məlumata görə, monitorinq 191 şadlıq sarayında, 9 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 9 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 1 faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;

- 90 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.



Xəbəri paylaş

1261 dəfə oxunub.

Digər xəbərlər