Saytımızı qiymətləndirin


 
 

Su ehtiyatları sahəsində vəziyyət gərgindir - Baş nazirin müavini
Tarix: 07-01-2021 | Saat: 15:36
Bölmə:Karusel / Gündəm | çapa göndər

Hazırda ölkənin su ehtiyatları sahəsində gərgin vəziyyət təəssüf ki, davam edir.

 

Qarabaginfo.az-ın məlumatına görə, bunu Baş nazirin müavini Şahin Mustafayev yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı bildirib.

 

Onun sözlərinə görə, əsas su anbarlarında 20,5 milyard kubmetr tutuma qarşı kəskin aşağı səviyyədə cəmi 10,5 milyard kubmetr su mövcuddur, onun da 8,6 milyard kubmetri ölü həcmdir.

 

"Bu baxımdan, qısamüddətli hədəf əsas su anbarlarında suyun həcmini əvvəlki üç illə müqayisədə daha yüksək səviyyəyə çatdırmaq, beləliklə, növbəti suvarma mövsümünə nisbətən daha yaxşı vəziyyətdə daxil olmaq, sonra isə suyun həcmini minimum 2016-cı ilin səviyyəsinə uyğunlaşdırmaqdır".

 

Ş.Mustafayev qeyd edib ki, nəhayət uzun fasilədən sonra Qarabağın su ehtiyatlarının və bundan istifadə məsələlərinin yenidən qiymətləndirilməsi diqqət mərkəzində olacaq:

 

"Qarabağ bölgəsi su ehtiyatları ilə zəngindir. Artıq bir sıra çaylarımız, 12 əsas çayımız var. Tərtərçay, onun illik su axınının həcmi 577 milyon kubmetrdir. Həkəri çayı - 341 milyon kubmetr, Qarqarçay - 54 milyon kubmetr, Quruçay - 54 milyon kubmetr, Xaçınçay - 40 milyon kubmetr, Köndələnçay - 22 milyon kubmetr və digər daha kiçik çaylar.

 

Eyni zamanda, çaylar yağış və qar suları ilə qidalanır. Araz çayının ölkəmizin ərazisindən keçən hissəsinə də Azərbaycanın tam nəzarəti təmin edilib və bu da bizə əlavə dividendlər gətirəcək".



Xəbəri paylaş

389 dəfə oxunub.

Digər xəbərlər