Saytımızı qiymətləndirin


 
 

Rusiya Ermənistanın Avrasiya İqtisadi İttifaqını seçəcəyinə ümid edir
Tarix: 24-06-2026 | Saat: 13:35
Bölmə:Karusel / Region | çapa göndər

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov

 

İrəvan hazırda öz inkişaf yolunu seçmək prosesindədir ki, bu da Moskva üçün vacibdir, çünki Rusiya və Ermənistan qardaş ölkələrdir.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

“Görürük ki, Ermənistan və onun rəhbərliyi hazırda yol ayrıcındadır. Ermənistan rəhbərliyi qarşıdakı inkişaf yolunun seçimindən danışır. Bu, bizim üçün vacibdir, çünki Rusiya və Ermənistan qonşu, qardaş ölkələrdir”, - Kremlin sözçüsü qeyd edib.

Peskov Rusiyanın sonda Ermənistanın Avrasiya İqtisadi İttifaqını seçəcəyinə ümid etdiyini vurğulayıb: “Rusiya ümid edir ki, Yerevan sonda Avrasiya İqtisadi İttifaqını seçəcək, çünki bu inteqrasiya prosesi Ermənistanın Aİ-yə potensial üzvlüyündən xeyli faydalıdır. Biz əminik ki, bu inteqrasiya prosesi, yəni Aİİ hər il Ermənistan ÜDM-nin artımına əhəmiyyətli dərəcədə töhfə verir. Əminik ki, bütün keyfiyyət xüsusiyyətlərinə görə inteqrasiya prosesimiz digər alternativləri xeyli üstələyir. Ümid edirik ki, ilk növbədə, Ermənistan xalqı və hazırkı Ermənistan rəhbərliyi vəziyyəti təhlil etdikdən sonra eyni nəticəyə gələcəklər”.



Xəbəri paylaş

13 dəfə oxunub.

Digər xəbərlər