“Hayastan” fondu erməni uşaqları üçün Xocalıdakı məktəbi təmir etdirir...-FOTOLAR
Tarix: 11-06-2021 | Saat: 16:09
Bölmə:Karusel / Region | çapa göndər
1407 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-06-2021 | Saat: 16:09
Bölmə:Karusel / Region | çapa göndər

“Rusiya dövlətinin özünün bəhs etdiyimiz və digər qanunsuz və məntiqsiz addımları ilə yanaşı, işğalçı Ermənistanın da torpaqlarımızda bu cür işlər görməsinə şərait yaratması şəhidlərimizin ruhuna birbaşa təhqirdir...”
"Onu da unutmayaq ki, cəmi 7 ay öncə bitmiş 44 günlük savaş nəticəsində Qarabağdan köçmüş ermənilərin əksəriyyəti Rusiya hərbçilərinin dəstəyi ilə Yuxarı Qarabağa qaytarılıb, amma 33 il öncə başlamış 1-ci Qarabağ savaşından sonra indiyədək bir azərbaycanlı da öz yurduna qaytarılmayıb..."
“Əsgəran rayonunun İvanyan qəsəbəsindəki O.Qriqoryan adına məktəb binasında təmir işləri aparılır”

Qarabaginfo.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin Azərbaycan Respublikasının hazırda rəsmən Rusiya sülhməramlı(?) kontingentinin nəzarətində olan Xocalı şəhərindəki məktəb haqqında yaydığı məlumatda belə deyilir.
Bu haqda mediaya Yuxarı Qarabağın nəzarətimizdən kənar hissəsində fəaliyyət göstərən separatçı-terrorçu rejim tör-töküntüsünün qanunsuz “şəhərsalma nazirliyi”nin mətbut katibi Marta Danielyan informasiya çatdırıb. O, əlavə edib ki, təmir işləri ümumerməni “Hayastan” fondu tərəfindən aparılır.
Xatırladaq ki, hələ 10 Noyabr razılaşmasından cəmi 20 gün sonra – 2020-ci il noyabrın 30-da Moderator.az Rusiya Fövqəladə Hallar Nazirliyi əməliyyat qrupunun Azərbaycan Respublikasının 28 ildən çoxdur Ermənistan işğalı altında qalan “İvanyan” adlandırılmış Xocalı şəhərindəki eyni məktəbin bərpasına başlaması haqda xəbər vermişdi.
Eyni zamanda bu yaxınlarda elə həmin “Hayastan” fondu tərəfindən Xocalıda müharibə zamanı Qarabağın digər bölgələrindən, o cümlədən Hadrutdan köçmüş ermənilər üçün 15 beşmərtəbəli binanın tikintisinə başlaması haqda da məlumat çatdırmışıq...

Zəruri şərh:
Bir daha söyləməyə məcburuq ki, Azərbaycan torpağına "sülhməramlı" adı ilə qədəm basmış Rusiya dövlətinin özünün bəhs etdiyimiz və digər qanunsuz və məntiqsiz addımları ilə yanaşı, işğalçı Ermənistanın da torpaqlarımızda, o cümlədən 1992-ci ildə kütləvi soyqırımı törədilmiş Xocalı şəhərində bu cür qeyri-qanuni təmir və məskunlaşma işləri görməsinə şərait yaratması 1-ci Qarabağ savaşındakı, xüsusən Xocalı soyqırımındakı, eləcə də son 44 günlük döyüşlərdəki şəhidlərimizin ruhuna birbaşa təhqirdir... Kim deyə bilər ki, bu fikrimiz səhvdir?..
Onu da unutmayaq ki, cəmi 7 ay öncə bitmiş 44 günlük savaş nəticəsində Qarabağdan köçmüş ermənilərin əksəriyyəti Rusiya hərbçilərinin dəstəyi ilə Yuxarı Qarabağa qaytarılıb, amma indiyədək 33 il öncə başlamış 1-ci Qarabağ savaşı zamanı qaçqın düşmüş bir nəfər azərbaycanlı istər Xocalıya, istər Xankəndinə, Kərkicahana, Malıbəyliyə, Qaradağlıya, keçmiş Əsgəran və Ağdərə rayonlarının kəndlərinə və s. qayıtmayıb...
(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
28-10-2021, 10:00
Bakı-Xankəndi aviareysi də açılacaq - bu tarixdə!
26-03-2019, 10:08
Bakıda ticarət mərkəzində başlayan yanğının söndürülməsinə helikopter cəlb olunub - FOTO - VİDEO -
14-01-2019, 12:08
DU-da kadr dəyişikliyi: Nazim Məcidova vəzifə verildi
2-10-2020, 11:25
Səməd Seyidov: “Minsk Qrupunun formatı dəyişdirilməli, Fransa həmsədrlikdən çəkilməlidir”
5-12-2017, 16:53
M.Ç.Cabbarovun Azərbaycan Respublikasının vergilər naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
12-04-2021, 11:06
Vüsal Kərimli sürücülərə 500 manatlıq forma “alır”...
















