Ana Sayfa > Karusel / Region > “Hayastan” fondu erməni uşaqları üçün  Xocalıdakı məktəbi təmir etdirir...-FOTOLAR

“Hayastan” fondu erməni uşaqları üçün  Xocalıdakı məktəbi təmir etdirir...-FOTOLAR


11-06-2021, 16:09. Yazar: Admin
“Hayastan” fondu erməni uşaqları üçün  Xocalıdakı məktəbi təmir etdirir...-FOTOLAR
“Rusiya dövlətinin özünün bəhs etdiyimiz və digər  qanunsuz və məntiqsiz addımları ilə yanaşı, işğalçı Ermənistanın da torpaqlarımızda bu cür işlər görməsinə şərait yaratması şəhidlərimizin ruhuna birbaşa təhqirdir...”
 
"Onu da unutmayaq ki, cəmi 7 ay öncə bitmiş 44 günlük savaş nəticəsində Qarabağdan  köçmüş ermənilərin əksəriyyəti Rusiya hərbçilərinin dəstəyi ilə Yuxarı Qarabağa qaytarılıb, amma 33 il öncə  başlamış 1-ci Qarabağ savaşından sonra indiyədək  bir azərbaycanlı da öz yurduna qaytarılmayıb..."
 
“Əsgəran rayonunun İvanyan qəsəbəsindəki O.Qriqoryan adına məktəb binasında təmir işləri aparılır”
Qarabaginfo.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin Azərbaycan Respublikasının hazırda rəsmən Rusiya sülhməramlı(?) kontingentinin nəzarətində olan Xocalı şəhərindəki məktəb haqqında yaydığı məlumatda belə deyilir.
 
Bu haqda mediaya Yuxarı Qarabağın nəzarətimizdən kənar hissəsində fəaliyyət göstərən separatçı-terrorçu rejim tör-töküntüsünün qanunsuz “şəhərsalma nazirliyi”nin mətbut katibi Marta Danielyan  informasiya çatdırıb. O, əlavə edib ki, təmir işləri ümumerməni “Hayastan” fondu tərəfindən aparılır.
 
Xatırladaq ki, hələ 10 Noyabr razılaşmasından cəmi 20 gün sonra – 2020-ci il noyabrın 30-da Moderator.az Rusiya Fövqəladə Hallar Nazirliyi əməliyyat qrupunun Azərbaycan Respublikasının 28 ildən çoxdur Ermənistan işğalı altında qalan   “İvanyan” adlandırılmış  Xocalı şəhərindəki eyni məktəbin bərpasına başlaması haqda xəbər vermişdi.
 
Eyni zamanda bu yaxınlarda elə həmin “Hayastan” fondu tərəfindən Xocalıda müharibə zamanı Qarabağın digər bölgələrindən, o cümlədən Hadrutdan köçmüş ermənilər üçün 15 beşmərtəbəli binanın tikintisinə başlaması haqda da məlumat çatdırmışıq...
Zəruri şərh:
 
Bir daha söyləməyə məcburuq ki, Azərbaycan torpağına "sülhməramlı" adı ilə qədəm basmış Rusiya dövlətinin özünün bəhs etdiyimiz və digər  qanunsuz və məntiqsiz addımları ilə yanaşı, işğalçı Ermənistanın da torpaqlarımızda, o cümlədən 1992-ci ildə kütləvi soyqırımı törədilmiş Xocalı şəhərində bu cür qeyri-qanuni təmir və məskunlaşma işləri görməsinə şərait yaratması 1-ci Qarabağ  savaşındakı, xüsusən Xocalı soyqırımındakı, eləcə də son 44 günlük  döyüşlərdəki şəhidlərimizin ruhuna birbaşa təhqirdir... Kim deyə bilər ki, bu fikrimiz səhvdir?..
 
Onu da unutmayaq ki, cəmi 7 ay öncə bitmiş 44 günlük savaş nəticəsində Qarabağdan  köçmüş ermənilərin əksəriyyəti Rusiya hərbçilərinin dəstəyi ilə Yuxarı Qarabağa qaytarılıb, amma indiyədək 33 il öncə  başlamış 1-ci Qarabağ savaşı zamanı qaçqın düşmüş bir nəfər azərbaycanlı istər Xocalıya, istər Xankəndinə, Kərkicahana, Malıbəyliyə, Qaradağlıya, keçmiş Əsgəran və Ağdərə rayonlarının kəndlərinə və s. qayıtmayıb...
(Moderator.az)

Geri dön