Saytımızı qiymətləndirin


 
 

Vens Orbanın seçkilərdə qalib gələcəyinə əmindir
Tarix: 07-04-2026 | Saat: 17:23
Bölmə:Karusel / Siyasət | çapa göndər

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens, Macarıstanın Baş naziri Viktor Orban

 

Macarıstanda keçiriləcək seçkilərdə qalib gələn hər kəslə əməkdaşlıq edəcəyik, lakin Viktor Orbanın qalib gələcəyinə əminəm.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransında deyib.

Vens bildirib ki, Brüsseldəki bürokratlar Macarıstan liderinin seçkiləri uduzması üçün əllərindən gələni ediblər: “Brüsseldəki bürokratlar Macarıstan xalqının inkişafını əngəlləməyə çalışır, çünki onlar xalq üçün mübarizə aparan lideri sevmirlər. Bu ölkədə baş verənlər, seçki kampaniyası zamanı baş verənlər isə mənim gördüyüm və ya barəsində oxuduğum ən pis xarici intellektual müdaxilə nümunələrindən biridir”.

Qeyd edək ki, Macarıstanda parlament seçkilərin aprelin 12-nə təyin olunub.



Xəbəri paylaş

29 dəfə oxunub.

Digər xəbərlər