Tarix: 10-11-2022 | Saat: 15:16
Bölmə:Karusel / Siyasət | çapa göndər
Fransa Prezidenti Emmanuel Makron Azərbaycana yeni səfir təyinatı ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Anne Boillon Fransanın Azərbaycandakı səfiri təyin olunub. O, bu vəzifədə Zakari Qrossu əvəzləyəcək.
Zakari Qrossun yerinə gətirilən Anne Boillon kimdir?
Qarabaginfo.az bildirir ki, xanım Anne Boillon 1971-ci ildə anadan olub. O, Paris Elmlər və Ədəbiyyat Universitetini (PSL) bitirib. İlk dəfə əmək fəaliyyətinə Fransa Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətində başlayıb.
O, 2008-ci ilin mayından 2009-cu ilin avqustuna qədər XİN-in Mətbuat xidmətində çalışıb. Daha sonra 2009-cu ilin avqustundan 2011-ci ilin oktyabrına kimi Fransanın İordaniyadakı səfirliyində məsləhətçi kimi fəaliyyətini davam etdirib.
2019-cu ildən isə Fransanın Sidneydəki baş konsulu vəzifəsində çalışıb.(modern.az)
Digər xəbərlər