Saytımızı qiymətləndirin


 
 

ABŞ 1 milyard doza vaksin istehsal edəcək
Tarix: 22-05-2021 | Saat: 11:13
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

ABŞ 2022-ci ilin sonuna qədər təxminən 1 milyard doza koronavirus vaksini istehsal edəcəyini hesab edir və Vaşinqton bu vaksinlərin bir qismini ehtiyacı olan ölkələrə verməyi planlaşdırır.

 

Qarabaginfo.az Modern.az-a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Cozef Bayden Ağ Evdə Koreya Respublikasının prezidenti Mun Çje İnlə birgə mətbuat konfransında deyib.

C.Bayden bildirib: "Biz hesab edirik ki, 2021-ci ilin ikinci yarısı ilə 2022-ci ilin sonu arasında daha 1 milyard doza vaksin istehsal edə biləcəyik. Qabaqcıl imkanlara sahib olanlarımız (əczaçılıq sənayesində - red.) bütün dünyanın mühafizəsini (hazırkı pandemiya şəraitində - red.) təmin etmək üçün əlimizdən gələni etməyə borcluyuq".

 

 

ABŞ prezidenti qeyd edib ki, bu, son dərəcə iddialı bir təklifdir: "Lakin inanıram ki, bu cür potensiala sahib ölkələr bu hədəfə çatmaq üçün çalışmağa davam edəcəklər".



Xəbəri paylaş

1304 dəfə oxunub.

Digər xəbərlər