Tarix: 25-09-2021 | Saat: 07:41
Bölmə:Karusel / Siyasət | çapa göndər
Hindistan və ABŞ “Taliban”ı hər hansı bir ölkəyə hücum edilməsi, həmçinin terrorçulara sığınacaq verilməsi və ya onlara təlim keçilməsi məqsədilə Əfqanıstan ərazisindən istifadə olunmasından çəkinməyə çağırıb.
Qarabaginfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Hindistan xarici işlər nazirinin birinci müavini Harş Vardhan Şrinqla Hindistanın Baş naziri ilə ABŞ prezidenti arasında keçirilən görüşün yekunu barədə danışarkən bildirib.
Narendra Modi ilə Co Bayden arasında ilk görüş Ağ Evdə baş tutub. İki ölkə iderlərinin görüşündə Hindistan və ABŞ-ın müxtəlif sahələrdə əməkdaşlığı necə genişləndirəcəyi, COVID-19 və iqlim dəyişikliyi kimi əsas problemləri həll etmək üçün birlikdə çalışacaqlarına dair məsələlər müzakirə olunub.
“Əfqanıstana gəldikdə, ən böyük məna ondan ibarətdir ki, Hindistanın sədrliyi ilə qəbul edilən BMT-nin 2593 saylı qətnamə Əfqanıstandakı vəziyyətə və hakim orqanların öhdəliklərinə dair beynəlxalq ictimaiyyətin ümumi baxışını əks etdirən əhəmiyyətli bir qətnamədir. Beynəlxalq ictimaiyyətin vacib hesab etdiyi müəyyən şərtləri yerinə yetirməsi üçün hər iki tərəf Əfqanıstanda terrorizmə qarşı mübarizənin vacibliyini vurğulayıb. Onlar “Taliban”ı hər hansı bir ölkəyə hücum edilməsi, həmçinin terrorçulara sığınacaq verilməsi və ya onlara təlim keçirilməsi məqsədilə Əfqanıstan ərazisindən istifadə olunmasından çəkinməyə çağırıb”, - deyə Şrinqla brifinqdə vurğulayıb.
O qeyd edib ki, Əfqanıstanda mövcud idarəetmə sistemi hərtərəfli deyil və etnik azlıqların nümayəndələrini, eləcə də qadınları əhatə etmir.(Apa)
Digər xəbərlər