“Ölü” adam gördükləri barədə 45 dəqiqə danışdı
45 dəqiqə ərzində “o dünyada” olan -heç bir həyat əlaməti olmayan kişi həkimlərin sayəsində ayılaraq gördüklərini danışıb.
Qarabaginfo.az bildirir ki, bu barədə Daily Star yazır.
Vincent Tolman bodibildinq üçün olan dərmanı həddindən çox dozada qəbul etdikdən sonra “ölüb”. Həkimlər adamı xilas etmək mümkün olmadığına qərar veriblər və onu meyit çantasına qoyublar. Tolman bunu rejissor kimi izlədiyini və hətta həkimlərin fikirlərini eşitdiyini bildirib. Sonra o deyib ki, onu səmaya göndərən Dreyk adlı bir ruh bələdçisi ilə tanış olub. Orada, Tolmanın qeyd etdiyi kimi, həyatında etdiyi bütün pis və yaxşı işləri başqa insanların gözü ilə görür.
Tolman deyib ki, səmada həyatın mənasını dərk etməyi, sevginin dəyərini dərk edib. “Yer sadəcə bir məktəbdir, həmişə yalnız bir sinif olub, heç vaxt məhkəmə zalı olmayıb” -o deyə izah edib. Bundan əlavə, Tolmanın dediyinə görə, Dreyk ona Kainatın quruluşunu açıqlayıb. Onun sözlərinə görə, bu barədə bilikləri şifahi şəkildə çatdırmaq mümkün deyil. Tolman etiraf edib ki, daha sonra ona ailəsinin yanına qayıtmaq və ya burada qalmaq variantı təklif olunub. O ailəsini seçib.
Tolmanı həkimlərdən biri “dirildib”. Tolmanın sözlərinə görə, həmin həkim ilk iş günündə xəstəni itirməkdən qorxurdu. Kişi nəfəs almağa başlayıb. Bundan sonra o süni komaya salınıb. Yalnız üç gündən sonra oyanıb.
Tolman təcrübəsi haqqında “Coming Home” YouTube kanalında danışıb.(Azpost.info)