Saytımızı qiymətləndirin


 
 

BQXK-nın müraciəti əsasında ağır xəstə olan 3 erməninin Xankəndidən Ermənistana aparılmasına şərait yaradılıb
Tarix: 28-12-2022 | Saat: 10:07
Bölmə:Karusel / Qarabağ | çapa göndər

BQXK-nın müraciəti əsasında ağır xəstə olan 3 erməninin Xankəndidən Ermənistana aparılmasına şərait yaradılıb - VİDEO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

Qarabaginfo.az Apa-ya istinadən xəbər verir ki, bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin müraciəti əsasında 08:47-də Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 3 ədəd “Toyota Land Cruiser” markalı avtomobil aksiya yerindən keçərək Xankəndidən Laçına doğru hərəkət edib.

Avtomobillərdən birində Ermənistana təxliyə edilən 3 nəfər erməni millətli ağır xəstə olub.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

Avtomobil karvanı eyni gün Ermənistandan Xankəndinə qayıdacaq və qayıdarkən baqaj hissəsində Xankəndi xəstəxanası üçün dərman və tibbi ləvazimatlar daşıyacaq.

Azərbaycan dövləti və aksiya iştirakçıları bununla dinc erməni əhali ilə heç bir problemlərinin olmadığını bir daha nümayiş etdirib.

Bundan başqa aksiya keçirilən ərazidən Rusiya sülhməramlılarının daha bir avtomobili maneəsiz keçib.



Xəbəri paylaş

1109 dəfə oxunub.

Digər xəbərlər