Saytımızı qiymətləndirin


 
 

Vardenisdə Ermənistan və Azərbaycan hərbçiləri arasında mübahisə baş verib - Ermənistan MN
Tarix: 18-05-2021 | Saat: 17:26
Bölmə:Karusel / Qarabağ | çapa göndər

title

Dünən Ermənistan-Azərbaycan təmas xəttinin Vardenis hissəsində erməni və azərbaycanlı hərbçilər arasında mübahisə baş verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə dünən baş verib və sürətlə həll edilib. Nazirlik digər təfərrüatları açıqlamayıb.

Xatırladaq ki, Sünik vilayətinin keçmiş başçısı, “Dirçələn Ermənistan” Partiyasının lideri Vaqe Akobyan Qaragöllə bağlı danışıqların nəticəsi haqda erməni mediasına açıqlamasında deyib.

Onun sözlərinə görə, danışıqların nəticəsində Qaragölə bitişik ərazidə bərabər qüvvələrin qalması barədə razılıq əldə edilib.

“Azərbaycanlıların dörd mövqeyi, Ermənistan tərəfinin də dörd mövqeyi olacaq.

 

Belə çıxır ki, onlar (Azərbaycan Ordusu – red.) nəinki buradan çıxmadılar, əksinə, onlarda artıq postlar və əsgərlər də olacaq!”

Partiya rəhbəri bu razılaşmanı Ermənistan tarixi üçün “növbəti və biabırçı razılaşma” adlandırıb.

Qeyd edək ki, razılaşma ilə bağlı rəsmi açıqlama yoxdur. (Qazet.az) 



Xəbəri paylaş

1332 dəfə oxunub.

Digər xəbərlər