Saytımızı qiymətləndirin


 
 

Rusiya “Kinjal” raketləri ilə Lvov vilayətinə zərbələr endirib
Tarix: 27-04-2024 | Saat: 11:36
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya “Kinjal” aeroballistik raketləri ilə Ukryananın Lvov vilayətinə zərbələr endirib. 

Qarabaginfo.az bildirir ki, bu barədə “Ukrayinska Pravda” xəbər verir.

Lvov vilayətinə zərbələr şənbə günü saat 03:58-dən 06:02-dək davam edən aviareyd zamanı vurulub. Bölgə müxtəlif dərəcəli qanadlı raketlər və “Kinjal” aeroballistik raketləri ilə hücuma məruz qalıb.

Üç qanadlı raketin vurulub..

Ukrayna hakimiyyətinin məlumatına görə, rus qoşunları Stryiski və Çervonoqradski rayonlarında iki mühüm enerji infrastrukturu obyektinə hücum edib. Orada yanğınlar başlayıb, dağıntılar var.

Lvov vilayətində tələfat, xəsarət alan və ya yaşayış infrastrukturunun dağılması faktı yoxdur.



Xəbəri paylaş

179 dəfə oxunub.

Digər xəbərlər