Saytımızı qiymətləndirin


 
 

Sloveniya Baş naziri demoqrafik vəziyyəti Avropanın əsas problemlərindən biri adlandırıb
Tarix: 08-10-2026 | Saat: 08:27
Bölmə:Karusel / Dünya | çapa göndər

Sloveniyanın Baş naziri Yanez Yanşa

 

Avropada demoqrafik vəziyyət əsas problemlərdən biridir, çünki əhalisi azalan əraziləri qeyri-qanuni miqrasiyadan qorumaq mümkün deyil.

Qarabaginfo.az xəbər verir ki, bunu Sloveniyanın Baş naziri Yanez Yanşa Xorvatiyanın Split şəhərində keçirilən Avropa İttifaqının Aralıq dənizi ölkələrinin (MED9) sammitinin yekunlarına dair açıqlamasında bildirib.

“Hər gün ölkələrimiz kiçik bir yerli icmanı itirir. Tarix bizə öyrədir ki, sərhədlərdə divarlar tikmək olar. Lakin onların hündürlüyündən asılı olmayaraq, ərazi boş qalırsa, bu, nəticə vermir. Boş qalan ərazilərdə mütləq məskunlaşma baş verəcək”, – Baş nazir deyib.

Yanşa demoqrafik göstəricilərin yaxşılaşdırılmasının miqrasiya çağırışlarına qarşı Avropanın strateji cavabının tərkib hissəsinə çevrilməli olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Balkan marşrutu vasitəsilə Avropa İttifaqına daxil olan qeyri-qanuni miqrantların sayı azalmır. Bu səbəbdən Avropa ölkələri müvafiq tədbirlər görməlidir.

Növbəti MED9 sammitinin 2027-ci ildə Portuqaliyada keçirilməsi nəzərdə tutulur.



Xəbəri paylaş

8 dəfə oxunub.

Digər xəbərlər