Saytımızı qiymətləndirin


 
 

Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
Tarix: 07-10-2026 | Saat: 20:53
Bölmə:Karusel / Region | çapa göndər

Gürcüstanın Baş naziri İrakli Kobaxidze

 

“Moldova və Ukrayna yalnız mənfi göstəricilər üzrə Gürcüstandan öndə ola bilər”.

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gürcüstan Ukrayna, Moldova və Avropa İttifaqına üzvlüyə digər namizəd ölkələrdən min addım irəlidədir.

“Bizim öz yolumuz var. Yolumuz sülh və iqtisadi inkişaf yoludur və biz şübhəsiz ki, bu yolla irəliləməyə davam edəcəyik”, - deyə hökumət başçısı əlavə edib.

İrakli Kobaxidze vurğulayıb ki, Avropa Komissiyasının ədalətli, düzgün və sağlam yanaşmasının olacağı təqdirdə Gürcüstanın Avropaya inteqrasiyası maneəsiz şəkildə davam edəcək.

Qeyd edək ki, Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos ötən gün Gürcüstanın yalnız kağız üzərində Aİ-yə üzvlüyə namizəd ölkə olduğunu deyib. O, Gürcüstanın bu gün Moldova və Ukrayna ilə eyni səviyyədə olmasını arzuladığını vurğulayıb.



Xəbəri paylaş

8 dəfə oxunub.

Digər xəbərlər