Saytımızı qiymətləndirin


 
 

Peskov ukraynalılara səsləndi - “Zəngli saatlarınızı qurun”
Tarix: 16-02-2022 | Saat: 07:29
Bölmə:Karusel / Dünya | çapa göndər

Peskov ukraynalılara səsləndi

Kreml bir sıra Qərb KİV-nin Rusiyanın Ukraynanı işğal edəcəyi ilə bağlı xəbərlərinə istehzalı şəkildə reaksiya verib.

Qarabaginfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ukraynalılara müraciət edərək zəngli saatları qurmağı və və bunu öz gözləri ilə görməyi məsləhət bilib. 

Britaniya nəşrlərinin məlumatına görə, hücum gecə saat 3-də baş verəcək.

Öz növbəsində “Mirror” nəşri də Amerika kəşfiyyat xidmətlərindəki mənbələrə istinadən bu barədə yazıb.

“Sun” həmçinin, ABŞ kəşfiyyatına istinadən gecə saat 3-ü “ən çox ehtimal olunan vaxt” kimi qeyd edir.

Peskov ukraynalıların bu gecə narahat olmalı, yoxsa rahat yata biləcəkləri ilə bağlı suala belə cavab verib: “Ən yaxşısı, zəngli saatlarını qursunlar və özləri görsünlər”.(Qafqazinfo)



Xəbəri paylaş

1227 dəfə oxunub.

Digər xəbərlər