Saytımızı qiymətləndirin


 
 

Moskva-Soçi-Brüssel: Bəs Sonra nə var? – Armen Gevorqyandan İLGİNC AÇIQLAMA
Tarix: 15-12-2021 | Saat: 23:02
Bölmə:Karusel / Region | çapa göndər

“Beləliklə çox şey son dərəcə aydın oldu. Bunun üçün Brüsselə çatmaq lazım idi. Əgər kommunikasiya məsələsinin həlli tərəflərdən heç olmasa biri üçün iqtisadi fayda gətirməzsə, onlar yalnız siyasi əhəmiyyət qazanacaq. Erməni tərəfi nəzərdən keçirilən Yerasx-Ordubad-Meğri-Bakı-Rusiya dəmir yolu layihəsini Rusiyaya əlverişli tranzit kontekstində deyil, İran dəmir yoluna çıxış əldə etmək baxımından tez-tez xatırlatmağa başlayıb”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Ermənistan” blokunun üzvü Armen Gevorqyan öz məqaləsində yazıb.

“Biz başa düşməliyik ki, “Artsax” probleminin həll edilməməsi və İranla yeni, özümüzə aid və daha optimal kommunikasiya yollarının (dəmir yolu, yeni yüksək sürətli magistral yollar və s.) olmaması ilə biz yenə də özümüzü mövcud vəziyyətdən asılı duruma salırıq. “Dəhliz əvəzinə dəhliz” düsturu öz mahiyyəti və mənşə xüsusiyyətinə görə qəbuledilməzdir. Dəhliz məsələsi artıq Ermənistanın ərazi bütövlüyü və suverenliyinin mövzusudur. Bu gün reallıq ondan ibarətdir ki, “Artsax” məsələsinin gələcək həlli artıq Ermənistan hakimiyyətinin səlahiyyətində deyil, bütün əsas resurslar indi Rusiyanın əlində cəmlənib” – Gevorqyan vurğulayıb.

“Tezliklə biz Azərbaycanın dövlətlərarası sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı şərtlərini də öyrənə biləcəyik. Belə çıxır ki, biz Azərbaycanın istəklərinə uyğun olaraq bir sıra əraziləri verməli olacağıq. Mümkün yeni müharibə haqqında onu deyə bilərəm ki, bu mövzu yalnız qarşıdan gələn potensial itkilərə və güzəştlərə haqq qazandırmaq üçündür. İndi müharibə Ermənistandan başqa, Rusiya üçün də sərfəli deyil. Rusiya üçün yeni müharibə ikitərəfli münasibətlər və KTMT çərçivəsində müttəfiqlik öhdəliklərinin qaçılmaz şəkildə yerinə yetirilməsi deməkdir. Yeni müharibə Rusiyanın həm Azərbaycan üçün arbitr statusunu, həm inteqrasiya layihələrində iştirak perspektivlərini, həm də Ermənistanla müttəfiqliyini itirməsinə gətirib çıxaracaq. Öhdəliklərin yerinə yetirilməməsi baxımından uğursuzluq anti-Rusiya əhval-ruhiyyəsinin kəskin artması ilə nəticələnəcək” – məqalə müəllifi qeyd edib.

“Eyni zamanda qazla bağlı heç bir problem olmayacaq, çünki onu artıq Azərbaycan verəcək! Ermənilər türklərlə intensiv ticarət əlaqələri aparacaq, ucuz benzin idxal edəcək, türk pomidoru, naringi yeyəcəklər. Bizə neft və qazın tranzitindən çoxlu pul vəd ediləcək. Və çox güman ki, bu perspektiv ölkəmizin vətəndaşlarının xoşuna gələcək, hansı ki, yaxın gələcəkdə küçə tacirindən vətənpərvərə çevrilməyəcəklər.  Onların bir çoxu müstəqil dövlətdə yaşayıb-yaşamayacaqlarına əhəmiyyət vermir və buna görə də şüuraltı şəkildə seçkilərdə öz müvəqqəti rifah perspektivinə səs verir. Ermənilərin böyük əksəriyyəti isə evdə oturub arzuladıqları liderin zühurunu gözləyir. O lider isə hələ də görünmür. Çünki o, hər kəs üçün çox fərqlidir” – Armen Gevorqyan məqaləsini tamamlayıb.(konkret.az)



Xəbəri paylaş

1371 dəfə oxunub.

Digər xəbərlər