Sumqayıtda 84 yaşlı qadını qətlə yetirən gənc oğlan tutulub
Tarix: 25-06-2022 | Saat: 23:09
Bölmə:Karusel / Gündəm | çapa göndər
1306 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 25-06-2022 | Saat: 23:09
Bölmə:Karusel / Gündəm | çapa göndər

İyunun 25-i saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1938-ci il təvəllüdlü Qənirə Mehdixanlının yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Baş Prokuroluğun Mətbuat xidmətindən verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin nəvəsi 1995-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qənirə Mehdixanlını iplə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Nicat Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Xəbəri paylaş
Digər xəbərlər
9-07-2021, 12:58
Səfir: “Şuşa Bəyannaməsi Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunun bəyanıdır
6-11-2024, 08:02
TDT-nin XI sammitində Bişkek Bəyannaməsi qəbul ediləcək
30-01-2021, 20:05
Zakir Həsənov Türkiyə Müdafiə nazirinin müavini ilə görüşüb
16-11-2021, 12:50
Sabahın havası açıqlandı
13-01-2026, 17:22
Casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin məhkəməsində şahidlər ifadə verib
31-01-2024, 12:32
“Qərb dollardan silah kimi istifadə edir”- LAVROV
23-04-2026, 12:02
Şahzadə Harri gözlənilmədən Ukraynaya səfər edib

















