Saytımızı qiymətləndirin


 
 

Rubio: ABŞ, Danimarka və Qrenlandiya arasında razılaşma Arktikada təhlükəsizlik vəziyyətini dəyişəcək
Tarix: 08-10-2026 | Saat: 07:41
Bölmə:Karusel / Dünya | çapa göndər

Rubio: ABŞ, Danimarka və Qrenlandiya arasında razılaşma Arktikada təhlükəsizlik vəziyyətini dəyişəcək

ABŞ, Danimarka və Qrenlandiya arasında əldə olunan razılaşma Arktikada təhlükəsizlik vəziyyətini dəyişəcək və NATO-nun təhlükəsizliyini gücləndirəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Afinada proqram xarakterli çıxışı zamanı bildirib.

“Biz ayrı-ayrı hissələrinin ümumi gücündən daha güclü olacaq ittifaq yaratmağa çalışırıq. Bu məqsəd ötən ay ABŞ, Danimarka və Qrenlandiya arasında əldə olunan görünməmiş yeni razılaşmada reallığa çevrildi. Bu razılaşma Arktikanı dəyişdirəcək və bütün NATO-nun təhlükəsizliyini gücləndirəcək”, – Rubio deyib.

Dövlət katibinin fikrincə, razılaşma hər üç tərəfin, eləcə də Avropa və bütövlükdə NATO-nun təhlükəsizliyini gücləndirib.



Xəbəri paylaş

10 dəfə oxunub.

Digər xəbərlər