Saytımızı qiymətləndirin


 
 

Tramp maraqlar toqquşması aşkarlanarsa iki müşavirinin xidmətindən imtina edəcəyini bildirib
Tarix: 07-10-2026 | Saat: 21:42
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ Prezidenti Donald Trampın müşavirləri Kris Lasivita və Ceyms Bler

 

ABŞ Prezidenti Donald Tramp müşavirləri Kris Lasivita və Ceyms Blerin digər müştərilərlə fəaliyyətində maraqlar toqquşmasının olduğu müəyyənləşərsə, onların xidmətindən dərhal imtina edəcəyini bildirib.

Qarabaginfo.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

“Kris Lasivita və Ceyms Bler kənar məsləhətçilərdir. Onlar mənim üçün yalnız kənar məsləhətçi kimi çalışırlar. Çox güman ki, onların çoxsaylı müştəriləri var, lakin bunu onlardan soruşmalısınız”, – ABŞ Prezidenti qeyd edib.

Tramp bildirib ki, Vaşinqtondakı digər məsləhətçilər kimi onların da başqa şəxslər üçün işləməsinə icazə verilir. Prezident əlavə edib ki, müşavirlərinin başqa kimlərlə işlədiyini bilmir, lakin maraqlar toqquşmasının olub-olmadığını onlardan soruşacaq və belə hal aşkarlanarsa, dərhal onların xidmətindən imtina edəcək.

Daha əvvəl “The New York Times“ mənbələrinə istinadən Lasivita və Blerin son günlər qarşıdan gələn seçkilər ərəfəsində Bosniya və Herseqovinanın tərkibindəki Serb Respublikasının hakimiyyətinə məsləhətlər verdiklərini iddia edib. Nəşr onların noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərə Respublikaçılar Partiyasının hazırlığında da iştirak etdiklərini bildirib.



Xəbəri paylaş

33 dəfə oxunub.

Digər xəbərlər