Saytımızı qiymətləndirin


 
 

BMT Azərbaycana humanitar yardım TƏKLİF ETDİ
Tarix: 22-10-2020 | Saat: 15:41
Bölmə:Karusel / Gündəm | çapa göndər

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ölkə üzrə İdarə Heyətinin Azərbaycana bir sıra sahələrdə humanitar yardım göstərilməsi ilə bağlı təşəbbüsünün müzakirə edilməsi məqsədilə Nazirlər Kabineti Aparatının və hökumət nümayəndələrinin, həmçinin BMT-nin Azərbaycandakı agentliklərinin rəhbərlərinin iştirakı ilə videoformatda görüş keçirilib.

Qurumun mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, görüşdə Nazirlər Kabinetinin Aparatı tərəfindən Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatı barədə məlumat verilib.

Qeyd edilib ki, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində xeyli sayda mülki şəxslər həlak olub və yaralanıb, yaşayış binaları, mülki və digər obyektlər dağıdılıb. Ermənistanın 30 ilə yaxındır ki, dünya ictimaiyyətinin sülh çağırışlarına, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymadığı bildirilib.


Azərbaycan Ordusunun təcavüzün qarşısını almaq, mülki əhalini qorumaq və Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün əks-hücum tədbirləri görməyə məcbur qalması diqqətə çatdırılıb. Xüsusi olaraq vurğulanıb ki, əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aparılır və Azərbaycan öz ərazilərində özünü müdafiə edir.

 

BMT-nin Ölkə üzrə İdarə Heyətinin Azərbaycana bir sıra sahələrdə humanitar yardım göstərilməsi ilə bağlı təşəbbüsünə dair müzakirələrin vacibliyi qeyd edilib.

 

BMT-nin Ölkə üzrə İdarə Heyətindən bildiriblər ki, məlum hadisələrlə əlaqədar Azərbaycanda zərər görmüş insanların ehtiyaclarının qiymətləndirilməsi, Hökumətin onlara yardım göstərmək istiqamətində səylərinin dəstəklənməsi məqsədilə müvafiq humanitar yardım göstərməyə hazırdırlar.

 

Vurğulanıb ki, bu yardım ərzaq təhlükəsizliyi, səhiyyə, təhsil, təhlükəsizlik, minalardan təmizləmə, həmçinin psixo-sosial dəstək sahələrini əhatə edə bilər. 

Modern.az



Xəbəri paylaş

340 dəfə oxunub.

Digər xəbərlər
20-09-2021, 23:49 Tvitterdə problem yaranıb