Saytımızı qiymətləndirin


 
 

Silahlı hücum kimə qarşı təşkil olunmuşdu? - Bakıda kriminal hesablaşma
Tarix: 11-03-2023 | Saat: 09:04
Bölmə:Karusel / Kriminal | çapa göndər

Silahlı hücum kimə qarşı təşkil olunmuşdu?

Dünən Bakının mərkəzində baş verən və iki nəfərin yaralanması ilə nəticələnən silahlı insident ətrafında müzakirələr davam edir.

Qarabaginfo.az xəbər verir ki, silahlı hücumun kriminal aləmdə “Brilyant” ləqəbi ilə tanınan Nicat Lənkəranskiyə qarşı təşkil olunduğu iddia edilir.

Hadisə zamanı yaralanan şəxslərin siyahısında Nicatın adına rast gəlinməsə də, videogörüntülərdə hücumun ona qarşı təşkilatlandığı açıq-aydın görünür.

Qeyd edək ki, Nicat Lənkəranski mediaya yad sima deyil. Belə ki, zaman-zaman onun barəsində mediada bir sıra məlumatlar yayılıb. O, ötən il Bakıda mərhum “Qanuni oğru” Rövşən Canıyevin yaxınlarına məxsus restoranların birində özünə toy etməsiylə gündəmə gəlmişdi. Nicatın idmanın boks növü ilə də məşğul olduğu bildirilir.

İnsidentlə bağlı globalinfo.az da maraqlı iddia ilə çıxış edib. Qeyd olunur ki, hadisənin baş verməsinə səbəb qan davasıdır. Belə ki, 2022-ci ilin oktyabrında Nicat İstanbulun Ataşehir qəsəbəsində “Emin Naxçıvanski” kimi tanınan Emin Qasımovun qardaşı Elnur Qasımovu Tural adlı killer vasitəsilə öldürtdürüb. Bundan sonra isə Emin qisas almaq qərarına gəlib və Nicatı aradan götürmək üçün killer tutub.

Xatırladaq ki, rəsmi məlumata görə, hadisə ilə əlaqədar cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.(Qafqazinfo) 




 



Xəbəri paylaş

1125 dəfə oxunub.

Digər xəbərlər