Saytımızı qiymətləndirin


 
 

Nersisyan Paşinyanın adamıdır? - Dosye
Tarix: 24-02-2023 | Saat: 10:17
Bölmə:Karusel / Region | çapa göndər

Nersisyan Paşinyanın adamıdır? - Dosye

Qarabağda hələ də mövcudluğunu saxlayan tanınmamış “DQR”in “dövlət naziri” Ruben Vardanyan ötən gün “vəzifə”sindən uzaqlaşdırılıb.

Bu istefa son günlər gözlənilən olsa da, qərar terrorçu rejimin “siyasi dairələri”ndə geniş müzakirələrə səbəb olub.

Qarabaginfo.az xəbər verir ki, ötən keçirilən “iclas”da terrorçubaşı Araik Arutyunyanın imzaladığı “fərman”la bu “vəzifə”yə separatçı rejimin “baş prokuror”u Qurgen Nersisyan gətirlib.

Nersisyan 14 oktyabr 1985-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xankəndi şəhərində anadan olub. 2007-ci ildə Xankəndidə hüquq ixtisası üzrə ali təhsili alıb. 11 fevral 2021-ci ildən bu günə qədər separatçıların “baş prokuroru” işləyib. Hərbi mükəlləfiyyəti yoxdur. Evlidir, 2 qızı 1 oğlu var.

Qeyd edək ki, Nersisyanın Nikol Paşinyanın komandasına yaxın olduğu, habelə Ermənistan hakimiyyəti ilə yaxşı münasibətlər qurduğu bildirilir. Vardanyanın yerinə Nersisyanın gətirilməsi onun “Sorosun adamı” olması ilə əlaqələndirilir.

Bundan başqa, Nersisyanın müvafiq posta təyinat alması separatçı rejimdəki “siyasi dəyişikliklər”lə bağlıdır. Belə ki, Azərbaycana qarşı son dönəmlər loyal çıxışlarıyla fərqlənən Arutyunyan üçün Ruben Vardanyan amilinin aradan qalxması bir sıra ekspertlər tərəfindən danışıqlarda müsbət dinamikanın olacağı kimi qiymətləndirilir.

“Vəzifə”sindən azad olunan Vardanyan isə bundan sonra da Qarabağda qalacağını və burada bir sıra layihələr həyata keçirəcəyini bildirib.



Xəbəri paylaş

1129 dəfə oxunub.

Digər xəbərlər