Tarix: 07-10-2026 | Saat: 16:50
Bölmə:Karusel / Dünya | çapa göndər
Ümumdünya Səhiyyə Təşkilatı İrkutskda xəstəxanadan kənar pnevmoniya halı ilə bağlı təhlükə görmür.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının və İnsan Rifahının Müdafiəsi üzrə Federal Xidməti (Rospotrebnadzor) məlumat yayıb.
Bildirilib ki, İrkutsk vilayəti, İrkutsk və Şelехov şəhərlərində vəziyyət sabitdir. Təmasda olan şəxslərin 90 faizindən çoxu tibbi müşahidəni başa çatdırıb və onlarda yoluxucu xəstəlik əlamətləri aşkarlanmayıb.
Məlumata görə, tibb işçiləri tərəfindən təxminən 5 min analiz aparılıb və təhlükəli patogenlər aşkar edilməyib. İnstitutda keçirilən yoxlamalar zamanı da bioloji təhlükəsizlik qaydalarının pozulması müəyyən olunmayıb.
Rospotrebnadzor vurğulayıb ki, zəruri profilaktik tədbirlər görülüb və əhali üçün epidemioloji təhlükə yoxdur.
Digər xəbərlər


















