Saytımızı qiymətləndirin


 
 

Tramp: ABŞ-a İran nefti lazım deyil
Tarix: 07-10-2026 | Saat: 07:25
Bölmə:Karusel / Dünya | çapa göndər

Donald Tramp

 

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların İran neftinə ehtiyacı olmadığını deyib.

Qarabaginfo.az xəbər verir ki, Tramp bu barədə Baltimor şəhərində çıxışı zamanı danışıb.

Hazırda Hörmüz boğazının ABŞ Hərbi Dəniz Qüvvələrinin tam nəzarətində olduğunu bildirən Tramp boğazın ABŞ Hərbi Dəniz Qüvvələrinə və ABŞ-a məxsus olduğunu deyib.

“Bununla belə, bizim onların neftinə ehtiyacımız yoxdur. Onların neftinə başqalarının, həm də çox ehtiyacı var. Biz isə onun ixracını təmin edirik. Bunu rekord səviyyədə həyata keçiririk”, - Tramp əlavə edib.



Xəbəri paylaş

10 dəfə oxunub.

Digər xəbərlər