Tarix: 12-06-2022 | Saat: 17:06
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi müəyyənləşib.
Qarabaginfo.az-ın məlumatına görə, Bakıda keçirilən mövsümün səkkizinci mərhələsində “Red Bull” komandasının pilotu Maks Ferstappen birinci yeri tutub.
Ötən il Bakıdakı yarışda qəza törədən niderlandlı pilot bu dəfə finişə birinci çatıb. O, keçənilki Azərbaycan Qran-prisinin qalibi olan komanda yoldaşı Serxio Peresi qabaqlayıb.
“Ferrari”nin pilotları Karlos Sayns və Şarl Leklerin yarışı erkən dayandırmasından yararlanan Corc Rassell (“Mercedes”) üçüncü olub.
Finişə 20 pilotdan 15-i çatıb. Beləliklə, 3 gün davam edən yarışa yekun vurulub.
Qeyd edək ki, 2016-cı ildə Avropa Qran-prisinin (həmin vaxt belə adlanırdı) birincisi “Mercedes”in pilotu Niko Rosberq olub. Azərbaycan Qran-prisi adlandıqdan sonra növbəti 4 ildə isə müvafiq olaraq, Daniel Rikkardo (“Red Bull”), Luis Hamilton (“Mercedes”), Valtteri Bottas (“Mercedes”) və Serxio Peres (“Red Bull”) qalib adına yiyələnib.
Digər xəbərlər