Saytımızı qiymətləndirin


 
 

Rus Pravoslav Kilsəsi II Qareginlə Allahşükür Paşazadəni görüşdürə bilər
Tarix: 17-09-2022 | Saat: 10:50
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rus Pravoslav Kilsəsi Ermənistan və Azərbaycanın dini liderləri arasında dialoqun qurulması istiqamətində səylərini davam etdirməyə hazırdır.

Bu barədə Moskva Patriarxlığının xarici kilsə əlaqələri şöbəsinin sədri, Volokolamsk mitropoliti Anton Sevryuk RİA Novosti-yə müsahibəsində bildirib.


"Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə ilə görüşdük. Həmçinin, idarəyə sədr təyin olunmağımı nəzərə alaraq birlikdə nə edə biləcəyimiz haqda danışdıq. Rus Pravoslav Kilsəsinin bundan sonra da münaqişə tərəfləri arasında dialoqun qurulmasında iştirak etməyə və dini liderlərlə birlikdə vəziyyətin dinc məcraya qayıtmasını təmin etmək üçün səy göstərməyə hazır olduğunu vurğuladım ”, - mitropolit bildirib.


2021-ci ilin oktyabrında Patriarx Kirill Moskvadakı Danilov monastırında bütün ermənilərin katolikosu II Qaregin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə üçtərəfli danışıqlar aparıb. Bundan əvvəl patriarx onların hər biri ilə ayrı-ayrılıqda görüşüb.


Xatırladaq ki, sentyabrın 13-də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri  Ermənistan ordusunun mövqelərindən atəşə tutulmuş, nəticədə genişmiqyaslı təxribat törədilmişdi. Bu döyüşlərdə Azərbaycan tərəfi 77 şəhid verib.

Ermənistanın isə rəsmi məlumata görə, 135 hərbçisi ölüb.

Sentyabrın 14-ü axşam saatlarında atəşkəslə bağlı razılıq əldə olunub. Bununla belə iki dövlət arasındakı sərhəd zonasında gərginlik qalmaqdadır.



Xəbəri paylaş

207 dəfə oxunub.

Digər xəbərlər
8-05-2022, 13:06 Sabah yağış yağacaq