Saytımızı qiymətləndirin


 
 

Danimarka analitiki: Rusiya müdafiə şirkətlərinə qarşı təxribat əməliyyatları həyata keçirib
Tarix: 07-10-2026 | Saat: 21:02
Bölmə:Karusel / Dünya | çapa göndər

Danimarka analitiki: Rusiya müdafiə şirkətlərinə qarşı təxribat əməliyyatları həyata keçirib

Rusiya Ukraynanı silah və hərbi texnika ilə təchiz edən Danimarka şirkətlərinə qarşı təxribat əməliyyatlarına başlayıb.

"Reuters" xəbər verir ki, bunu Danimarkanın Milli Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin (PET) aparıcı analitiki Jozefin Kristensen Kopenhagendə keçirilən təhlükəsizlik konfransında bildirib.

Onun sözlərinə görə, bu, Rusiyanın hibrid müharibə kampaniyasında əhəmiyyətli eskalasiyadır.

“Yaz aylarında çoxlu planlaşdırma, lakin çox az icra görürdük. Yayın əvvəlində isə onların daha çox əməliyyat həyata keçirməyə başladığını gördük”, – Kristensen deyib.

O bildirib ki, Rusiya əvvəlki genişmiqyaslı hədəfləmə siyasətinin NATO ölkələrinin Ukraynaya hərbi dəstəyinin qarşısını almaqda effekt vermədiyi qənaətinə gəlib.

Kristensenin sözlərinə görə, Moskva əməliyyatlar üzərində siyasi nəzarəti saxlayır, lakin əməliyyatların cəsarəti artır.

“İndi onlar cəbhə xəttinə birbaşa təsir göstərən hədəfləri vurmağa çalışırlar. Bu isə silah istehsalçıların hədəfə alınması deməkdir”, – PET analitiki bildirib.



Xəbəri paylaş

42 dəfə oxunub.

Digər xəbərlər