Saytımızı qiymətləndirin


 
 

Rusiya FSB Zəngəzurda yeni postlar qurur
Tarix: 11-08-2022 | Saat: 11:46
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya FSB Zəngəzurda yeni postlar qurur Ermənistanın İranla sərhədinə nəzarət edən Rusiya sərhədçiləri cənubi Zəngəzur vilayətində bir neçə yolda nəzarət məntəqələri quraşdırıblar.

Qarabaginfo.az "AzPolitika.info" -ya istinadla xəbər verir ki, buna səbəb kimi narkotik qaçaqmalçılığının və digər qanunsuz sərhəd fəaliyyətinin artması göstərilir.

Meğrini digər şəhərlərlə birləşdirən yolda məntəqələrin fotoları bu həftənin əvvəlində internetdə yayılıb. Bu isə Zəngəzurdan Azərbaycan üçün tranzit marşrutunun açılmasına mümkün hazırlıq getməsi haqda müzakirələrə səbəb olub.

Meğrinin meri Baqrat Zakaryan avqustun 9-da radioya deyib ki, Zəngəzurda Rusiya sərhəd keçid məntəqələri bir neçə ay əvvəldən qurulub. O, Meğrini Zəngəzurla bir neçə şəhər və kəndlə birləşdirən yolda beş belə məntəqənin qurulduğunu sözlərinə əlavə edib.

Zakaryan bu məntəqələrin yerli turizm üçün müəyyən problemlər yaratdığını etiraf edib.

“Turistlər burada bəzi kənd yerlərinə getmək üçün pasport nəzarəti prosedurlarından keçməlidirlər”, – o vurğulayıb.

FSB-nin Ermənistandakı Sərhədçilər Departamenti isə bildirib ki, bu, qaçaqmalçılıq, qanunsuz miqrasiya və digər pozuntuların qarşısının alınması üçün Ermənistan hakimiyyəti ilə koordinasiya çərçivəsində edilib.

FSB bu yaxınlarda Ermənistan-İran dövlət sərhədinin Meğri hissəsində gərgin vəziyyətin yarandığını, buna İrandan Ermənistana narkotik qaçaqçılığı cəhdlərinin səbəb olduğunu deyir. Sərhədin ekstremist və terrorçu qrup üzvləri tərəfindən pozulması hallarının da baş verdiyi qeyd edilir.

Ermənistanın hökuməti rəsmiləri isə Zəngəzurda yollarda Rusiya nəzarət məntəqələrinin qurulmasını hələlik, şərh etməyiblər.



Xəbəri paylaş

1185 dəfə oxunub.

Digər xəbərlər