Saytımızı qiymətləndirin


 
 

Yaponiya, Sinqapur və Tayvan ABŞ-ın Rusiyaya qarşı ixraca nəzarət planını dəstəkləyib
Tarix: 23-02-2022 | Saat: 08:14
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Yaponiya, Sinqapur və Tayvan ABŞ-ın Rusiyaya qarşı ixraca nəzarət planını dəstəkləyib

Yaponiya, Sinqapur və Tayvan ABŞ-ın Rusiyaya qarşı ixraca nəzarət planını dəstəkləyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Foreign Policy" jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, sözügedən tədbirlər Rusiya iqtisadiyyatı və texnologiya sektoruna zərər vurmağa yönəlmiş daha geniş sanksiyalar paketinin bir hissəsidir.

Jurnal Rusiya iqtisadiyyatının arxalandığı yarımkeçiricilər, kompüter çipləri və digər yüksək texnologiyalı məhsulların üç əsas istehsalçısı Yaponiya, Sinqapur və Tayvan olduğunu vurğulayır.

ABŞ tərəfindən hazırlanan planda əvvəllər Vaşinqtonun Çinin “Huawei” şirkətinə qarşı tətbiq etdiyi sanksiyalara bənzər məhdudiyyətlər var.

Məhdudiyyətlər avtomobillərin, smartfonların və digər məişət texnikasının idxalına da şamil olunacaq.



Xəbəri paylaş

1226 dəfə oxunub.

Digər xəbərlər