Saytımızı qiymətləndirin


 
 

“Kəlbəcərin bu kəndindəki erməni silahlıları bir də ayılıblar ki, xüsusi təyinatlılarımız…”
Tarix: 11-08-2022 | Saat: 11:23
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Kəlbəcərin bu kəndindəki erməni silahlıları bir də ayılıblar ki, xüsusi təyinatlılarımız…”
“Hesab edirəm ki, artıq Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həll edə bilməyəcəyi problem qalmayıb…”
“Azərbaycan ordusunun ixtisaslaşmış hərbi birləşmələri hər cür şəraitdə; həm dağ, həm meşə, həm çöl şəraitində döyüşməyə hazırdır. Konkret desək, Azərbaycan əsgəri yetərincə püxtələşib. Hesab edirəm ki, artıq Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həll edə bilməyəcəyi problem qalmayıb. Çünki istər Ermənistandakı, istərsə də Qarabağdakı erməni ordusunun bizim orduya qarşı qoyulacaq hərbi birləşmələri də, texnikası, silah-sursatı da yoxdur. Əsas odur ki, ordumuzun xüsusi birləşmələri operativ və çevik şəkildə və əsasən düşmənin  arxasında işləyir". 
 
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Moderator.az əməkdaşıyla söhbətində 1993-1994-cü illərin qış aylarında 3000-3500 metrədək yüksək dağ şəraitində keçirilmiş  Murovdağ əməliyyatının iştirakçısı, keçmiş tabor komandiri, istefada olan mayor Gəray Əsədov ifadə edib.
 
Peşəkar hərbçi Azərbaycan xüsusi təyinatlılarının çevik və operativ əməliyyatlarına  bir misal da göstərib:
 
“Məsələn, Kəlbəcərin Ağqaya kəndi ətrafında keçirilmiş əməliyyatdan kiçik bir misal: Almalıq və Laçın kəndlərindən keçib həmin kəndə çıxırsan. Rusiya hərbçilərinin məsuliyyət zonası Ağqaya kəndindən keçirdi. Həmin kənd yaxınlığındakı erməni postlarını almaq üçün bizim xüsusi təyinatlılar öncədən gizli şəkildə gedib kənd ətrafında mövqelərini qurublar. Və düşmənin gözləmədiyi bir məqamda hücum edib  Ağqaya ətrafındakı postları azad ediblər. Yəni qanunsuz hay birləşmələri bir də ayılıb ki, artıq Azərbaycan xüsusi təyinatlılarımız onların arxasındadır və təslim olmağa məcbur qalıblar”. 
 
“Buzdux kimi bir yüksəkliyin də qısa müddətdə  azad olunması göstərir ki, ordumuzda hərbi və fiziki hazırlıq baxımından kifayət qədər püxtələşmiş, təpərli və dizibərk oğullarımız yetərincədir”- deyə keçmiş tabor komandiri vurğulayıb.


Xəbəri paylaş

1194 dəfə oxunub.

Digər xəbərlər