Saytımızı qiymətləndirin


 
 

Si Cinpin Çinə səfərə gələn Putini hava limanında qarşılamadı
Tarix: 17-10-2023 | Saat: 16:07
Bölmə:Karusel / Dünya | çapa göndər

Çinə səfər edən Rusiya prezidenti Vladimir Putini hava limanında həmkarı Si Cinpin qarşılamayıb.

Qarabaginfo.az xəbər verir ki, bu, Rusiya agentlikləri tərəfindən yayılan kadrlardan bəlli olur.

Kadrlardan görünür ki, Pekinin paytaxtı hava limanında Si Cinpinin əvəzinə Putini Çinin ticarət naziri Van Ventao qarşılayıb.

Putin Çinə “Bir kəmər, bir yol” forumunda iştirak etmək üçün gəlib və burada Si Cinpinlə görüşməyi planlaşdırır.
Çin sədri və nümayəndə heyətləri başçılarının forumda rəsmi görüşü Tyananmen meydanındakı Xalq Evində baş tutacaq.

Putinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Putin forumda baş qonaq qismində çıxış edəcək, məhdud və geniş tərkibdə Rusiya-Çin danışıqlarında iştirak edəcək. Putinin səfərindən sonra Pekində mətbuat konfransının keçiriləcəyi gözlənilir.

Putinin forumda iştirak edən Monqolustan, Laos və Vyetnam prezidentləri, həmçinin Tailand və Pakistan hökumət başçıları ilə də görüşləri planlaşdırılır.



Xəbəri paylaş

183 dəfə oxunub.

Digər xəbərlər