Saytımızı qiymətləndirin


 
 

“Bayraktar” zavodu tikilsə, oranı vuracağıq - Kremldən TƏHDİD
Tarix: 09-08-2022 | Saat: 14:06
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya Ukraynada “Bayraktar” pilotsuz uçuş aparatlarını istehsal edəcək zavodun tikilməsi ilə bağlı məlumatlara münasibət bildirib.

 

Qarabaginfo.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov zavod inşa olunsa, ora zərbə endiriləcəyini deyib.

 

“Ukraynada “Bayraktar” PUA-larını istehsal edəcək zavod yaradılarsa, mütləq Rusiya tərəfindən ora zərbə vurulacaq”, - deyə Peskov təhdid dolu mesaj verib.

 

Qeyd edək ki, ötən günlərdə Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar ölkəsində “Bayraktar” PUA-larını istehsal edən zavodun tikiləcəyini elan edib.(Modern.az)



Xəbəri paylaş

1166 dəfə oxunub.

Digər xəbərlər