Saytımızı qiymətləndirin


 
 

Azərbaycanlılara qarşı cinayət törədən ermənilərin hansı maddələrlə axtarışa verildiyi məlum olub
Tarix: 09-03-2022 | Saat: 15:23
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Düşmən Qarabağda meşələrdə gizlənir: ermənilərin məqsədi nədir? -ARAŞDIRMA

Azərbaycanlılara qarşı cinayət törədən ermənilərin hansı maddələr üzrə axtarışa verildiyi məlum olub.

Qarabaginfo.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Qeyd edilib ki, 2021-ci ildə qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindan azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq aleyhinə, habelə müharibə cinayətləri ilə əlaqədar Harbi Prokurorluqda istintaq edilən cinayat işi üzrə bu günə kimi 297 şəxs barəsində Azərbaycan Cinayət Məcəlləsinin 103-cü (soyqırım), 113-cü (işgəncə), 115-ci (müharibə qanunlarını və adətlərini pozma), 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və s. maddələri ilə təqsirləndirilən şəxs qismində cəlbetmə qərarları çıxarılaraq axtarışları elan edilib.

Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni separatçı rejiminin silahlı hərbi birləşmələri və Ermanistan Silahlı Qüvvələri tərəfindən törədilən sülh və insanlıq əleyhinə, habelə müharibə və digər cinayətlərin araşdırılması ilə bağlı yaradılan birgə istintaq-əməliyyat qrupu tərəfindən 5 istiqamat üzrə cinayət hadisələrinin araşdırılması, sübutların toplanılması və təqsirləndirilən şəxslərin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. Bunlar Azərbaycan xalqına qarşı soyqırımı, əsir düşmüş və girov götürülmüş şəxslərə qarşı işgəncə, terror; dövlətə və vətəndaşlara vurulmuş ziyan, müasir dövrdə milli ədavət və düşmənçilik niyyəti ilə törədilmiş xüsusilə ağır cinayətlər kimi istiqamətlərdir.

Bundan başqa, hesabat dövründə Vətən müharibəsi zamanı təcavüzkar erməni silahlı birləşmələri tərəfindən Azərbaycana və onun vətəndaşlarına qarşı törədilmiş cinayət faktlarına dair başlanılaraq istintaqı aparılmış cinayət işlərindən əlavə, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyannamənin tələbləri kobud şəkildə pozularaq həmin tarixdən sonrakı müddət ərzində də davam etmiş erməni təcavüzü ilə bağlı cinayat işlərinin prokurorluq orqanlarında ibtidai istintaqi davam etdirilib.



Xəbəri paylaş

272 dəfə oxunub.

Digər xəbərlər