İsrailin xarici işlər naziri Yair Lapid Ankaraya gəlib.

Qarabaginfo.az Türkiyə  KİV-ə  istinadən xəbər verir ki, Lapid və nümayəndə heyətini aparan təyyarə Esenboğa hava limanına enib.

Səfər çərçivəsində Lapid bu gün Xarici İşlər Nazirliyində xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.

Nümayəndə heyətləri arasındakı görüşdən sonra Lapid və Çavuşoğlu birgə mətbuat konfransı keçirəcək.

Xarici İşlər Nazirliyindən verilən açıqlamada səfər çərçivəsində keçiriləcək təmaslarda ikitərəfli münasibətlərin və regional məsələlərin müzakirə ediləcəyi bildirilib.

XİN rəhbərini hava limanında Ankara Qubernator Köməkçisi Mustafa Erkayıran və digər rəsmilər qarşılayıb.