Saytımızı qiymətləndirin


 
 

Uşaq müəssisələrində nöqsanlar AŞKARLANDI
Tarix: 25-11-2023 | Saat: 15:00
Bölmə:Karusel / Hadisə | çapa göndər

 

Uşaq müəssisələrində nöqsanlar AŞKARLANDI

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilmiş “Uşaq Hüquqları Aylığı” çərçivəsində dövlət uşaq müəssisələrində Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) ixtisasca psixoloq və sosial işçi üzvlərinin iştirakı ilə növbəti monitorinqlər keçirilib.

 

Ombudsman Aparatından APA-ya verilən xəbərə görə, sağlamlıq imkanları məhdud uşaqlar üçün 4 nömrəli internat tipli xüsusi məktəbdə aparılmış monitorinq zamanı 1-3-cü siniflər istisna olmaqla, digər siniflərdə təhsil alan şagirdlər üçün dərsliklər, iş dəftərləri və metodiki vəsaitlərin təminatında çatışmazlıqlar aşkar olunub.

 
Bununla yanaşı, 8 nömrəli Sanatoriya tipli internat məktəbində keçirilən monitorinqdə soyunub-geyinmə otaqlarında uşaqların dolablarının, vanna otaqlarının təmir edilməsinə ehtiyac olduğu müəyyən edilib.

 

Saxlanma şəraitinin və rəftarın öyrənilməsi məqsədilə hər iki müəssisədə uşaqlarla konfidensial qaydada görüş keçirilib, onlara Ombudsmanın mandatı və uşaq hüquqları ilə bağlı geniş məlumat verilib, hüquqi maarifləndirmə işi aparılıb. Uşaqlara Ombudsman təsisatının maarifləndirici materialları, o cümlədən uşaq hüquqları ilə bağlı broşürlər paylanılıb.

 

Sonda müəssisə rəhbərliyi və əməkdaşlarla söhbət aparılıb, saxlanma şəraitinin yaxşılaşdırılması və uşaq hüquqlarının effektiv təmini məqsədilə tövsiyələr verilib.



Xəbəri paylaş

1190 dəfə oxunub.

Digər xəbərlər