Saytımızı qiymətləndirin


 
 

Lavrov: “Sərhəddə son təlimlərlə əlaqədar Azərbaycan da narahatlıqlarını ifadə edib“
Tarix: 06-10-2021 | Saat: 17:03
Bölmə:Karusel / Siyasət | çapa göndər

Lavrov: “Sərhəddə son təlimlərlə əlaqədar Azərbaycan da narahatlıqlarını ifadə edib“

 

"İran Azərbaycanın xarici dövlətlərin iştirakı ilə keçirdiyi təlimləri təxribat xarakterli hərbi təlimlər hesab edir".

Qarabaginfo.az "İnterfax"a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian bildirib.

Bu gün Moskvada rusiyalı vəzifədaşı Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında Abdullahian deyib:

"Azərbaycan müxtəlif ölkələrlə davamlı olaraq 6 təlim keçirib. Bu, əlbəttə, hər bir ölkənin suveren qərarından asılı olsa da, təxribat xarakterli bir hərəkətdir".

İranlı nazirin sözlərinə görə, bu təlimlərin aktivləşdirilməsi "bölgədə yaxşı emosiyalara səbəb olmur".

"İran son vaxtlar bir neçə təlim keçirib, ancaq diplomatik kanallar vasitəsilə bütün bölgə ölkələrini bu barədə məlumatlandırıb. Həmin hərbi təlimlərin mahiyyəti bölgəyə sülh, sabitlik və təhlükəsizlik mesajı olub. Başqa bir məqsəd yoxdur".

Öz növbəsində, Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib:

"Biz regionda hərbi aktivliyin artılmasının, hər hansı bir təlimin təxribat xarakterli olmasının əleyhinəyik. İranlı dostlarımızın sərhəddə son təlimləri ilə əlaqədar Azərbaycan narahatlıqlarını ifadə edib".



Xəbəri paylaş

257 dəfə oxunub.

Digər xəbərlər