Saytımızı qiymətləndirin


 
 

Naxçıvana Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə ilk dəfə yük daşınıb
Tarix: 08-08-2018 | Saat: 18:44
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

 

Naxçıvan Muxtar Respublikasına Bakı-Tbilisi-Qars dəmir (BTQ) yolu xətti ilə yüklərin daşınmasına başlanılıb.

"Qarabaginfo" "Report.az"a istinadən xəbər verir ki, avqustun 8-də BTQ ilə daşınan yüklər Türkiyənin Qars şəhərində boşaldılaraq yük maşınları vasitəsi ilə Sədərək sərhəd-keçid məntəqəsindən keçməklə Naxçıvana aparılıb. 

Yük isə Naxçıvanın dəmir yolları təsərrüfatının yenilənməsində istifadə ediləcək ağac şpallardır.

Xatırladaq ki, Avropa ilə Asiyanı birləşdirən və dünyanın 100 böyük layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası və ötən ildən işə salınması xüsusi strateji əhəmiyyət daşıyır. Çünki Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsində, iqtisadi qüdrətinin artırılmasında yeni mühüm strateji amildir. Ötən ilin oktyabrında dövlət başçılarının iştirakı ilə gerçəkləşən açılış mərasimində də qeyd olunduğu kimi, digər mühüm bir məsələ isə bu layihənin Naxçıvan Muxtar Respublikasına qədər uzanmasıdır. Gələcəkdə Qarsdan Naxçıvana ayrıca dəmir yolu xəttinin çəkilməsi də nəzərdə tutulur ki, bu da muxtar respublikanın nəqliyyat müstəqilliyinin təmin edilməsinə səbəb olacaq.



Xəbəri paylaş

612 dəfə oxunub.

Digər xəbərlər