Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda son sutkada COVID-ə yoluxma və ölüm qeydə alınmayıb
Tarix: 16-05-2022 | Saat: 17:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda son sutkada COVID-ə yoluxma və ölüm qeydə alınmayıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına yeni yoluxma faktı qeydə alınmayıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında da ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 673 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 917 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 47 nəfərdir.

Ölkədə son sutka ərzində 1 966, hazırkı dövrədək isə 6 855 188 test aparılıb.



Xəbəri paylaş

235 dəfə oxunub.

Digər xəbərlər