Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda son sutkada COVID-ə yoluxma və ölüm qeydə alınmayıb
Azərbaycanda son sutkada COVID-ə yoluxma və ölüm qeydə alınmayıb16-05-2022, 17:42. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına yeni yoluxma faktı qeydə alınmayıb, 5 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında da ölən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 792 673 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 917 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 47 nəfərdir. Ölkədə son sutka ərzində 1 966, hazırkı dövrədək isə 6 855 188 test aparılıb. Geri dön |